Fransada başlayan tətillər həyatı iflic edəcək

Hava limanlarındakı nəzarətçilər, taksi sürücüləri, müəllimlər və dövlət sektorunda çalışan bütün məmurlar yanvarın 26-ı çərşənbə axşamı günü Fransa miqyasında tətil etməyə çağırıldılar.

424835
Fransada başlayan tətillər həyatı iflic edəcək


Məktəblərdə hava limanlarında və xüsusən, xəstəxanalarda böyük iğtişaşların baş verməsi gözlənilir.

Sürücülü özəl turizm avtomobillərinə etiraz edən minlərlə taksi sürücüsünün hava limanları girişini bağlayacağı iddia olunur.

Fransa Milli Təhsil Nazirliyinin açıqlamalarında ölkə miqyasında müəllimlərin ən az 13%-nin tətilə qatılacağı ifadə edilir.

Aşağı maaş tətilə qoşulanların şikayətçi olduğu əsas mövzudur.



Әlaqәli Xәbәrlәr