Çin Yaxın Şərqlə münasibətlərə təkan verir

Yaxın Şərqə səfər edən Çin Xalq Respublikasının prezidenti Xi Jinpinqin ilk dayanacağı Səudiyyə Ərəbistanı olub. Xi Jinpinq bu ölkədə bir sıra görüşlər keçirib.

423942

Prezident Səudiyyə Ərəbistanının paytaxtı Riyadda Kral Salman bin Əbdüləziz tərəfindən rəsmi mərasimlə qarşılanıb. Yemamə Sarayında bir araya gələn iki lider heyətlərarası görüşlərə sədrlik edib.

Görüşlərdə ikitərəfli münasibətlərin gücləndirilməsi məqsədilə elm, iqtisadiyyat və digər sahələrdə 14 saziş imzalanıb.

Liderlər iki ölkə arasındakı dostluq əlaqələrini və tərəfdaşlığı gücləndirməyə qərarlı olduqlarını açıqlayıb.

Çinin dövlət başçısı Xi Jinpinqin Səudiyyə Ərəbistanı səfərini tamamladıqdan sonra Misir və İranda görüşlər keçirəcək.

Etiketlәr: #Yaxın Şərq

Әlaqәli Xәbәrlәr