Romada Liviya konfransı

Türkiyǝ ABŞ, Avropa vǝ Orta Şǝrq ölkǝlǝri Romada Liviya konfransında bir araya gǝlib.

408226
Romada Liviya konfransı

Türkiyǝ ABŞ, Avropa vǝ Orta Şǝrq ölkǝlǝri Romada Liviya konfransında bir araya gǝlib.
Liviyadakı böhrana hǝll yolu tapılması mǝqsǝdilǝ 17 ölkǝ ilǝ Әrǝb Dövlǝtlǝri Liqası, Afrika Birliyi, BMT vǝ Avropa İttifaqından nümayǝndǝlǝr Romada görüş keçiriblǝr. Görüşdǝ Türkiyǝni Xarici İşlǝr naziri Mövlud Çavuşoğlu tǝmsil edib.
Liviya konfransında toqquşan tǝrǝflǝrǝ atǝşkǝs vǝ milli birlik hökumǝti qurulması üçün çağırış edilib.
Liviyanı tǝmsil edǝn qruplara mǝnsub 15 nümayǝndǝnin dǝ qatıldığı konfransdan sonra birgǝ bǝyannamǝ yayımlanıb.
Bǝyannamǝdǝ bildirilib ki, Liviyanın yeni prosesdǝ atacağı addımlar vǝ ölkǝdǝ dövlǝt hakimiyyǝti ilǝ hüququn üstünlüğünün bǝrpası dǝstǝklǝnir.
Liviyada hakim qüvvǝnin terrorçular olmasına icazǝ verilmǝyǝcǝyi dǝ vurğulanıb.
Ölkǝdǝ toqquşan tǝrǝflǝr milli birlik hökumǝtinin qurulmasını nǝzǝrǝ alan müqavilǝni imzalamağı qǝbul edib.
Liviyada tǝrǝflǝrin ǝksǝriyyǝti müqavilǝni imzalayacağı tǝqdirdǝ BMT Tǝhlükǝsizlik Şurası da qǝrarı tǝsdiqlǝyǝcǝk.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr