Amerika Birləşmiş Ştatlarında Donald Trumpa qarşı reaksiyalar bö

‘’ Müsəlmanların Amerikaya girişi qadağan olunsun" deyən Trumpa etiraz üçün İngiltərədə başlamış imzatoplama kampaniyasına qoşulanların sayı yarım milyona çatıb.

405675

Trumpun etirazlar səbəbi ilə İsrail səfərini təxirə saldığı bildirilib.
Trump internet vasitəsilə verdiyi açıqlamada İsrailin Baş naziri Benyamin Netanyahunu çətin vəziyyətə düşürməmək üçün bu qərarı aldığını bildirib.
Ağ Ev, Trumpın İsrail səfərinin təxirə salmasından məmnuniyyət duyduğunu bildirib.
Nyu-Yorkda isə Trumpun qaldığı otelin qarşısında yüzlərlə insan etiraz aksiyası keçirib. Nümayişçilər "Trump Amerikadan getsin, miqrantlar gəlsin" şüarları səsləndiriblər.
Trumpla 6 milyard dollarlıq qolf kompleksi inşa edən Dubay firması reklam lövhəsindən amerikalı iş adamının portretini, layihədən də adını çıxarıb.
Digər Yaxın Şərq firması isə Trumpun məhsullarının satışını dayandırıb.
Hindistanın müdafiə naziri Manohar Parrikar da Trumpun ifadələrini nüvə bombasına bənzədib, "170 milyon müsəlmanın yaşadığı Hindistanda biz heç bir icmaya şübhə ilə baxmırıq" deyib.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr