Parisdə fövqəladə vǝziyyǝt

2500 evdə axtarış aparıldı

405187
           Parisdə  fövqəladə vǝziyyǝt

Parisdə 2500 evdə axtarış aparıldı 
Fransanın paytaxtı Parisdə 13 noyabrda reallaşan qanlı terror hücumlarından sonra fövqəladə vǝziyyǝt elanın ardından təhlükəsizlik qüvvǝlǝri ölkə daxilində təxminən 2500 evdə axtarış apardı.
Daxili İşlər Nazirliyindən verilən son məlumata görə, aparılan axtarışlar nəticəsində 305 nǝfǝr sorğulandı və bunlardan 267-si nəzarətə alındı.
"Cəmiyyət nizamı üçün təhdid" olaraq görülən 354 adamın isə məcburi ev həbsində tutulması qərarlaşdırıldı.
Evlərə edilən basqınlarda 39-u "döyüş silahı" olmaq üzrə cəmi 398 silah ələ keçirildi.
Parisdə 130 adamın öldüyü, 351 adamın yaralandığı terror hücumlarının ardından  

Fransa prezidenti François Hollande tərəfindən elan edilən fövqəladə vǝziyyǝtin 3 aya qədər uzadılmasının qarşısını açan qanun layihəsi parlament tərəfindən qəbul edilmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr