ABŞ- da sel və daşqın həyatı iflic edib

Güclü fırtına ABŞ-dan da yan keçməyib.

404342
ABŞ- da sel və daşqın həyatı iflic edib

ABŞ-nın Oreqon ştatında güçlü külək və yağış həyatı iflic edib.
Evlər və yollar su altında qalıb.
ABŞ-ın Oreqon ştatında küləyin güc o qədər çox olub ki, hətta köklü ağacları da yerdən qoparıb.
Orqon ştatının Salem vilayətində torpaq sürüşməsi baş verib, avtomobil yolları bağlanıb.
Bölgəyə göndərilən xeyli sayda texnika yolları açmaq üçün səfərbər olub.
Yollarda uzun tıxaclar yaranıb.
Bir çox evlər boşaldılıb. Evakuasiya olunanlar idman salonlarına və təhlükəsiz ərazilərə köçürülüb.
Məktəblər və iş yerləri bağlanıb.
Qırmızı xaç komitəsi bölgəyə yardım göndərib.
Bölgədə kommunikasiya və elektrik enerjisi kəsilib.
Vaşinqton ştatında da analoji vəziyyət hökm sürür. Sel ən çox Seatl şəhərinə təsir edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr