İsrail ilə Fələstin arasında gərginlik davam edir

İsrail ordusuna aid bir döyüş təyyarəsi Rifah bölgəsində Həmas hərəkatının silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının təhsil düşərgəsinə avia hücum təşkil edib.

402649
İsrail ilə Fələstin arasında gərginlik davam edir

Hücum nəticəsində ölən və yaralanan olmayıb. Ətrafda yerləşən binalara isə ciddi ziyan dəyib.
Fələstin qrupları hadisə ilə bağlı bir açıqlama verməyib.
İsrailin İvrit dilində yayımlanan ‘‘Kanal 2’’-in verdiyi xəbərdə Qəzzadan İsrail əsgərlərinin olduğu bölgəyə atəş açıldığı iddia edilmişdi. Hadisə nəticəsində ölən və xəsarət alanın olmadığı bildirilmişdi.
Qeyd edək ki, İsrail ordusu Qüds və Məscidül-Əqsada artan gərginlik səbəbiylə, Qəzzadan atılacaq raketlərə qarşı ‘‘Dəmir Günbəz’’- havadan müdafiə sistemini Qəzza Zolağına yaxın yerləşən Aşdod bölgəsinə yerləşdirmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr