Suriya ilə bağlı 3-cü toplantı bu ay Nyu Yorkda ediləcək

ABŞ Dövlət katibi Con Keri Suriya məsələsilə bağlı Vyanada keçirilən yığıncaqların 3-cüsünün bu ay Nyu Yorkda ediləcəyini məlumat verib.

Suriya ilə bağlı 3-cü toplantı bu ay Nyu Yorkda ediləcək

  Keri ABŞ-ın paytaxtı Vaşinqtonda Brukinq (Brookings) İnstitutu Saban Forumunun illik konfransında etdiyi çıxışında Suriya mövzusuna toxunaraq müharibəni sülhə qovuşdurmaq, bütün tərəflərin dəstəkləyəcəyi keçid dövrünü təmin etmək üçün beynəlxalq cəmiyyətlərlə səyləri davam etdirdiklərini deyib.

  Qeyd edək ki, Avstriyanın paytaxtı Vyanada 30 oktyabrda edilən birinci Suriya sessiyasında Türkiyə, Səudiyyə Ərəbistanı və İranın da olduğu 17 ölkənin Xarici İşlər nazirləri iştirak etmişdi. İkinci toplantı 14 noyabrda olmuşdu. Bu zaman suriyalıların rəhbərliyilə 6 aylıq keçid prosesi, tərəflər arasında müzakirələrin başlanması, atəşkəsin təmin edilməsi, yeni konstitusiya, 18 ay içində seçki keçirilməsi və BMT nəzarətində kimin terrorçu, kimin müxalifət olduğunun təyin edilməsi mövzuları müzakirəyə çıxarılmışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr