İsveçrə immiqrant axını ilə bağlı xəbərdarlıq etdi

İsveçrə hökuməti Avropa İttifaqı içində uzlaşma təmin edilməzsə, immiqrant axınına təktərəfli məhdudiyyət qoyacağını açıqlayıb.

400752
İsveçrə immiqrant axını ilə bağlı xəbərdarlıq etdi

  Xatırladaq ki, İsveçrə immiqrantlarla bağlı qanun təklifini keçən il referenduma çıxarmışdı. Referendum nəticəsinə görə, İsveçrə hökuməti artıq Avropa İttifaqı içindən və xaricindən gələcək immiqrant sayına məhdudiyyət qoyacaq.

  İsveçrəlilər immiqrantlara qapılarını açmaq əvəzinə köç edən ölkə vətəndaşlarına maddi yardım edilməsi fikrini müdafiə edir.

  8 milyonluq İsveçrəyə təkcə bu il təxminən 30 min qaçqın müraciət edib.

  Qeyd edək ki, İsveçrə ilə Brüsselin immiqrantlar mövzusunda 2017-ci ilə qədər müqavilə imzalayacaqları gözlənilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr