Qanun maddǝlǝrinin lǝğvi üçün ikinci müraciǝt

“İslam qanunu”nun ǝlaqǝli maddǝlǝrinin lǝğvi üçün ikinci dǝfǝ olaraq Konstitusiya Mǝhkǝmǝsinǝ müraciǝt edilib.

399911
Qanun maddǝlǝrinin lǝğvi üçün ikinci müraciǝt

“İslam qanunu”nun ǝlaqǝli maddǝlǝrinin lǝğvi üçün ikinci dǝfǝ olaraq Konstitusiya Mǝhkǝmǝsinǝ müraciǝt edilib.

Avstriya Türk İslam Birliyi ilǝ 60 cǝmiyyǝt dǝrnǝk statusundakı mǝscidlǝrin bağladılmasını nǝzǝrǝ alan “İslam qanunu”nun ǝlaqǝli maddǝlǝrinin lǝğvi üçün ikinci dǝfǝ olaraq Konstitusiya Mǝhkǝmǝsinǝ müraciǝt edib.
Birlik tǝrǝfindǝn 60 cǝmiyyǝt adından verilǝn birgǝ açıqlamada bildirilib ki, “İslam Qanunu”nda yer tutan maddǝyǝ görǝ yüzlǝrlǝ islami cǝmiyyǝt vǝ mǝscid idari qǝrarla 2016-cı il martın 1-dǝn tutmuş Daxili İşlǝr Nazirliyi tǝrǝfindǝn bağladılacaq.
Hökumǝtin Avstriya İslam cǝmiyyǝti üzǝrindǝn dini fǝaliyyǝtlǝrǝ bir mǝrkǝzdǝn nǝzarǝt etmǝk istǝdiyi ifadǝ edilǝn açıqlamada, bunun yaradacağı ciddi narahatlığa görǝ mǝhkǝmǝyǝ müraciǝt edildiyi bildirilib.
Qeyd edǝk ki, 600 minǝ yaxın müsǝlmanın yaşadığı Avstriyada cǝmiyyǝt statusunda 300-dǝn artıq mǝscid var.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr