ABŞ-ın Hollandiyadan tǝlǝbi

Hollandiya xarici işlǝr naziri Nümayǝndǝlǝr Mǝclisindǝ mövzuya dair açıqlama verib.

399641
ABŞ-ın Hollandiyadan tǝlǝbi

ABŞ Hollandiyaya beynǝlxalq koalisiyanın Suriyada terror tǝşkilatı DEAŞ-a qarşı davam etdirdiyi hava ǝmǝliyyatlarına qoşulmasını tǝlǝb edib.
Hollandiya xarici işlǝr naziri Bert Koenders parlamentin aşağı palatası olan Nümayǝndǝlǝr Mǝclisindǝ mövzuya dair verdiyi açıqlamada ABŞ-ın tǝlǝbinin onlara çatdırıldığını deyib.
DEAŞ ilǝ mübarizǝnin fǝrqli cǝhǝtlǝrilǝ gündǝmǝ gǝldiyini qeyd edǝn Koenders, hökumǝtin bu çǝrçivǝdǝ müstǝqil bir qǝrar qǝbul edǝcǝyini dilǝ gǝtirib.
Ölkǝdǝ son dövrlǝrdǝ tez-tez gündǝmǝ gǝlǝn Suriyadakı hava ǝmǝliyyatlarına qoşulma mǝsǝlǝsinǝ koalisiyanın böyük ortağı Liberal Partiya ilǝ yanaşı müxalifǝtdǝki bǝzi partiyalar müsbǝt yanaşır.
Hollandiyanın bir ildǝn artıq müddǝtdir bölgǝdǝ olan 8 F-16 tǝyyarǝsi indiyǝdǝk sadǝcǝ DEAŞ-a istiqamǝtli olaraq İraqdakı hava ǝmǝliyyatlarına qatılıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr