Belqradda ATƏT-in 22-ci nazirlər toplantısı işə başlayıb

Yaxın saatlarda Türkiyə və Rusiya xarici işlər nazirləri görüşəcək.

399242
Belqradda ATƏT-in 22-ci nazirlər toplantısı işə başlayıb

Belqradda ATƏT-in 22-ci nazirlər toplantısı işə başlayıb.
Türkiyəni Xarici İşlər naziri Mövlud Çavuşoğlunun iştirak etdiyi iki günlük toplantıda ATƏT-ə üzv olan 57 ölkədən nazirlər və digər rəsmilər iştirak edir.
Açılışda çıxış edən Serbiyanın Baş naziri Aleksandr Vuçiç xüsusilə Ukrayna və Orta Şərq bölgəsində stabilliyin təhlükə altında olması ilə bağlı narahatlığını ifadə edib. Bildirib ki, əməkdaşlıq və qarşılıqlı anlaşma hazırda bütün dünya üçün önəmli məsələdir.
ABŞ Dövlət katibi Con Kerri də çıxışında DEAŞ ilə mübarizəyə toxunub.
Mövlud Çavuşoğlu açılışdan sonra ikitərəfli görüşlərə başlayıb.
İlk görüşünü Malta Xarici İşlər naziri Gergi Vella ilə keçirən Çavuşoğlu bir neçə saatdan sonra rusiyalı həmkarı ilə görüşəcək.
Təxminən 40 ölkədən xarici işlər nazirlərinin və müxtəlif dövlətləri təmsil edən yüksək səviyyəli nümayəndələrin bir araya gəldiyi tədbirdə miqrasiya, terrorizm və ATƏT regionunda digər çağırışlar, Avropada təhlükəsizlik və bu kimi müxtəlif mövzular diqqət mərkəzindədir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr