Papa Afrikada məscidi ziyarət etdi

Katoliklərin ruhani lideri Papa Francis Afrikaya 6 günlük səfərinin son dayanacağı olan Mərkəzi Afrika Respublikasında bir məscidi ziyarət edərək qardaşlıq mesajları verdi.

395889
Papa Afrikada məscidi ziyarət etdi

Paytaxt Banguidəki müsəlman xalqın maraqla qarşıladığı Papa məsciddə dua edərək müsəlmanlara xitabən: "Xristianlar və müsəlmanlar qardaşdırlar. Kinə, intiqam hissinə və dinin adından istifadə edərək törədilən zorakılığa "yox deyək!"dedi.

Bölgə müsəlmanları papanın səfərindən razı qaldıqlarını: "Biz bu ölkədə sülh istəyirik. Son illər çox çətin keçdi. İnşallah, Roma Papasının səfəri ölkədəki bütün dinlər arasında sülhü təmin edər" şəklində ifadə etdilər.

Papanın paytaxt Banguideki bir stadionda ayin keçirəcəyi gözlənilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr