Putin Türkiyəyə qarşı iqtisadi sanksiyalar paketini imzaladı

Rusiya prezidenti Putin Türkiyəyə qarşı iqtisadi sanksiyaların həyata keçrilməsi ilə bağlı tədbirlər planını imzaladı.

394640
 Putin Türkiyəyə qarşı iqtisadi sanksiyalar paketini imzaladı

Bu barədə Kreml açıqlama verdi.

Açıqlamaya görə, Türkiyəyə xüsusi iqtisadi sanksiyaların həyata keçirilməsi haqda imzalanan qərar türk şirkətlərinin Rusiyada bəzi fəaliyyət növləri ilə məşğul olmasını qadağan edir.  Türkiyədən idxal edilən bəzi məhsulların qəbulunun da müvəqqəti dayandırılacağı və ya qadağan olunacağı bildirilir.

Qərara görə, həmçinin 1 yanvar 2016-cı ildən etibarən rus iş adamlarına Türkiyə vətəndaşlarını işə götürmək qadağan edilir.

Açıqlamada, sanksiyaların hazırda Rusiyada çalışan Türk vətəndaşlarına aid olmadığı, yalnız 1 yanvar 2016-cı ildən sonra işə götürüləcək yeni insanlara tətbiq olunacağı ifadə edilir.

Putin sanksiya paketi çərçivəsində Türkiyə ilə Rusiya arasında vizasız səyahət tətbiqinin 1 yanvardan etibarən tək tərəfli olaraq təxirə salınması qərarı ilə Rusiya turizm şirkətlərinin Türkiyəyə tur satışının qadağan olunmasını da təsdiq etdi.

Bundan başqa, Rusiya və Türkiyə arasında həyata keçirilən charter uçuşlarının da dayandırılması və Türk nəqliyyat firmalarının Rusiyadakı fəaliyyəti ilə yanaşı Qara dəniz və Azov dənizində Rusiyaya məxsus dəniz sahəsində yerləşən Türk dəniz nəqliyyat vasitələri üzərindəki yoxlamaların də artırılmasına qərar verildi.

Açıqlamada, Rusiyada yaşama icazəsi olan Türkiyə vətəndaşlarının və Rusiyada yaşayan Türk diplomat və ailələrinin sanksiya çərçivəsində olmadığı qeyd edilir. Yeni sanksiya qərarı çərçivəsinə daxil olmayan şəxs və qurumların yaxın günlərdə açıqlanacağı bildirilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr