ABŞ-da silahlı insident: 3 ölü, 9 yaralı

ABŞ-ın Kolorado-Sprinqs şəhərində silahlı insident nəticəsində 3 nəfər öldü, 9 nəfər yaralandı.

356154
ABŞ-da silahlı insident: 3 ölü, 9 yaralı

Ölənlərdən 2-si mülki şəxs, 1-i isə polis əməkdaşıdır.

İlkin məlumata əsasən,silahlı basqın tibb mərkəzinin yanında baş verib.

5 hüquq-mühafizə orqanları əməkdaşı və 4 mülki şəxs xəstəxanalara yerləşdirilib.

Silahlı basqın təcavüzkarın təslim olması ilə sona çatıb.

Hadisənin təfərrüatları barədə hələ ki, məlumat verilmir.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr