"Uşaq gəlin"lərin sayı artıb

18 yaşına çatmadan evlənən qadınların sayı 700 milyondan artıqdır.

394176
"Uşaq gəlin"lərin sayı artıb

18 yaşına çatmadan evlənən qadınların sayı 700 milyondan artıqdır.
UNİCEF Afrikada uşaq gəlinlərin sayının artığını açıqlayıb.
Təşkilat, qitədə “uşaq gəlin” sayının 2050-ci ildə 310 milyona catacağı ilə bağlı xəbərdarlıq edərək, bununla bağlı təcili tədbirlərin görülməsini istəyib.
Yoxsul ailələrdə hər üç qızdan biri 18 yaşına çatmadan evləndirilir.
Ailələr qızlarının gələcəyini təmin etmək üçün təhsildən çox evliliyi üstün tuturlar.
Afrika Birliyi uşaq evliliklərinin sona çatdırılması üçün kompaniyaya başladığı bir vaxtda, müxtəlif təşkilatlar gənc qızların gələcəyini təmin edən bu tətbiqin qanundan kənar elan edilməsi üçün höküməti razı salmağa çalışır.
BMT qız uşaqlarının, başqa sözlə cəmiyyətin gələcəyini məhv edən “uşaq gəlin” probleminin təhsillə həll olunacağını bildirib.
Təşkilat erkən yaşlarında evləndirilən qız uşaqlarının məktəbə qayıtmaq ehtimalının az olduğuna, ailə daxili zorakılıq qurbanı olma ehtimalının isə artdığına diqqət çəkir.
UNİCEF-in məlumatına görə, dünya miqyasında 18 yaşından əvvəl evləndirilmiş 700 milyondan artıq qadın yaşayır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr