Peskov: "Ərdoğan Putinlə telefon əlaqəsi yaratmağa cəhd etdi"

Kreml Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinə telefon əlaqəsi yaratmağa çalışdığını təsdiqlədi.

394190
Peskov: "Ərdoğan Putinlə telefon əlaqəsi yaratmağa cəhd etdi"

Rusiya prezidentinin sözçüsü Dmitriy Peskov Türkiyənin Dövlət başçısı Ərdoğanın çərşənbə axşamı günü Türkiyə hava məkanını pozan Rus təyyarənin vurulmasından sonra Putinə zəng etdiyini bildirdi.

Peskov jurnalistlərə verdiyi açıqlamada: "Ərdoğan hadisənin həyata keçirildiyi gün, təyyarənin vurulmasından 7-8 saat sonra Putinlə telefon əlaqəsi yaratmağa cəhd etdi" dedi.

Prezident Ərdoğan Rusiya təyyarəsinin vurulmasından sonra Putinlə görüş tələb etdiyini, ancaq Kremldən geri dönüş olmadığını açıqlamışdı.

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov isə dünən verdiyi açıqlamada Ərdoğanın Putinə zəng etmədiyi fikrini irəli sürmüşdü.

İndi diqqətlər bazar ertəsi günü Parisdə keçiriləcək İqlim Sammitinə çevrilib.

Hər iki lider Birləşmiş Millətlər Təşkilatının keçirdiyi sammit çərçivəsində Parisdə olacaq.

Prezident mənbələri burada ikitərəfli görüşün keçirilmə ehtimalının olduğunu bildirir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr