Almaniya və İngiltərə DEAŞ-la mübarizəni daha da gücləndirirlər

İngiltərə Baş naziri Devid Kemeron İcmalar Palatasında etdiyi çıxışında DEAŞ-a qarşı tez bir zamanda hərəkətə keçilməsinin lazım olduğunu vurğulayıb.

393860
Almaniya və İngiltərə DEAŞ-la mübarizəni daha da gücləndirirlər

Fransa Hava Qüvvələrinin Suriyada DEAŞ-a qarşı apardığı əməliyyatlara dəstək olmaq üçün, Tornado kəşf təyyarələrini bölgəyə göndərəcək Almaniya, daha bir freqat və yanacaqdoldurma təyyarələrini göndərməyi planlaşdırır.
Təyyarələrin göndərilməsi üçün Bundestaqın təsdiqi lazımdır.
Bu arada İngiltərə Baş naziri Devid Kemeron İcmalar Palatasında etdiyi çıxışında DEAŞ-a qarşı tez bir zamanda hərəkətə keçilməsinin lazım olduğunu vurğulayıb.
DEAŞ-ın son bir ildə İngiltərədə 7 müxtəlif hücumlar həyata keçirdiyini bildirən Kemeron, DEAŞ-a qarşı hava hücumları indi olmayacaqsa bəs nə zaman olacaq?” sualını verərək, İngiltərənin bu mübarizədə kənarda qala bilməyəcǝyini, Fransa, ABŞ və digər müttəfiqlərin tək başına məsuliyyəti üzərinə götürməsinin qəbul edilǝ bilməyəcəyini vurğulayıb.
Devid Kemeron Vyanaya rəsmi səfəri çərçivəsində Avstriya Prezidenti Varner Fayman ilə keçirdiyi birgə mətbuat konfransında Suriyadakı vətəndaş müharibəsinin sona çatdırılması üçün əhatəli bir strategiyaya ehtiyac olduğunu bir daha söyləyib və qaçqın problemini həll etmək üçün Türkiyə ilə əməkdaşlığın vacibliyinə diqqət çəkib.
Kemeron, “Biz suriyalı qaçqınları qəbul edən Avropanın və Suriyanın qonşusu Türkiyə ilə daha çox çalışmaq məcburiyyətindəyik” deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr