ABŞ Dövlǝt Departamentinin vǝtǝndaşlara xǝbǝrdarlığı

ABŞ Dövlǝt Departamenti ölkǝ xaricinǝ sǝyahǝt edǝcǝk vǝtǝndaşlarına “artan terror tǝhlükǝsi”nǝ görǝ xǝbǝrdarlıq edib.

368143
ABŞ Dövlǝt Departamentinin vǝtǝndaşlara xǝbǝrdarlığı

ABŞ Dövlǝt Departamenti ölkǝ xaricinǝ sǝyahǝt edǝcǝk vǝtǝndaşlarına “artan terror tǝhlükǝsi”nǝ görǝ xǝbǝrdarlıq edib.
Dövlǝt Departamenti tǝrǝfindǝn verilǝn açıqlamada bildirilib ki, DEAŞ, Әl Qaidǝ, Boko Haram kimi tǝşkilatlar müxtǝlif yerlǝrdǝ terror aktları törǝtmǝyi planlaşdırmağı davam etdirir.
Açıqlamada Amerika vǝtǝndaşlarından 2016-cı il fevralın 24-dǝk ictimaiyyǝtǝ açıq məkanlarda gəzərkən və ictimai nǝqliyyatdan istifadǝ edǝrkǝn diqqətli olmaları, izdihamlı yerlərdə gǝzmǝkdǝn dǝ imtina etmǝlǝri istǝnib.
Xatırladaq ki, ABŞ Dövlǝt Departamenti ən son dekabr ayında Avstraliyanın Sydney şəhərində hǝyata keçirilən bir klub basqınından sonra vətəndaşlarına oxşar xəbərdarlıq etmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr