Parisdə xəstəxanadan qoruyucu paltarlar oğurlandı
Fransanın paytaxtı Parisdə bir xəstəxanadan qoruyucu paltarlar oğurlandı.
367983
Paltarlar səhiyyə işçilərini yoluxucu xəstəlik olan sahələrdə viruslardan qoruyurdu.
Xəstəxana rəsmilər, Ebola kimi viruslara qarşı mübarizə aparan səhiyyə işçlərinin geyindikləri belə paltarların ciddi bir itki olduğunu bildirdilər.
Fransız mətbuatı oğurlanan əşyalar arasında kimyəvi maddə keçirməyən çəkmələr, antibakterial maskalar, rezin əlcəklər də olduğunu yazır.
Fransa Baş Naziri Manuel Valls parlamentdə etdiyi çıxışında, terrorçular tərəfindən kimyəvi və ya bioloji hücum riski olduğunu açıqlamışdı.
Әlaqәli Xәbәrlәr

Rusiya yenidən Qərbi ittiham edib
Rusiya Ukrayna ilə davam edən müharibədə yenidən Qərbi ittiham edib.