Torontoda yandırılmış məscidə xalqdan yardım gəldi

Kanadanın Toronto şəhərində yandırılan Məscid Əl-Salaama vurulan 80 min dollarlıq zərər üçün xalqdan 110 min dollar ianə toplandı.

420587
Torontoda yandırılmış məscidə xalqdan yardım gəldi

Parisdə törədilən terror hücumlarından sonra Torontonun 125 kilometr şimalındakı Peterborough bölgəsində 14 noyabr gecəsi yandırılan Məscid Əl-Salaam üçün Duane Rousselle adlı Kanadalı, 16 noyabr tarixində internet vasitəsilə ianə kampaniyası başlatdı.
Kampaniyaya dörd gün ərzində 2 min 97 nsan qatıldı. Toplanan yardım məscidin tabe olduğu Peterborough-Kawartha Müsəlmanlar Dərnəyinin hesabına köçürüldü.
Digər tərəfdən Məscid Əl-Salaama gedən Türkiyənin Toronto baş konsulu Erdeniz Şen Peterborough-Kawartha Müsəlmanlar Dərnəyinin Başçısı Kenzu Abdellaya iki ədəd Quran-i Kərim və 1000 Kanada dolları məbləğində yardım çeki təqdim etdi. Kanada Liberal Partiyasının York South-Weston millət vəkili Əhməd Hussein, Pakistan baş konsulu Asghar Ali Golo, Fransanın Toronto baş konsulu Marc Trouyet və Türk icmasının üzvləri də Baş konsul Şenlə birlikdə idilər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr