Misirdə parlament seçkilərinin ikinci turu başladı

Bu gün Misirdə üç il fasilədən sonra keçirilən parlament seçkilərinin ikinci turu başladı.

420598
Misirdə parlament seçkilərinin ikinci turu başladı

Ən güclü müxalifət olan Müsəlman Qardaşların seçkiyə qatılmaması isə tənqidlərə səbəb oldu.

İki mərhələli keçirilən seçkilərdə ilk mərhələ 14, ikinci mərhələ isə paytaxt Qahirənin də daxil olduğu 13 şəhərdə həyata keçirilir.

Misirin hərbi çevrilişlə hakimiyyətə gələn dövlət başçısı Əbdulfəttah əs-Sisi də səhər saatlarında səs verdi.

Partiyaların və bitərəf namizədlərin iştirak etdiyi seçkilər nəticəsində 596 millət vəkili seçiləcək.

Bunlardan 448-ni bitərəf namizədlər təşkil edəcək.

28 millət vəkili isə Dövlət Başçısı Sisi tərəfindən bitərəflər arasından seçilərək təyin ediləcək.

Xalq ilk mərhələnin ilk turunda partiya siyahıları və bitərəflərin seçkisi üçün seçki məntəqələrinə getmişdi.

Səslərin əksəriyyətinə nail ola bilməyən bitərəf namizədlər üçün ikinci turda ayrı səsvermə keçirilir.

İkinci turda ən çox səs alan namizədlər millət vəkili olmağa haqq qazanır.

İkinci mərhələsi keçirilən parlament seçkilərinin ikinci turu isə 30 noyabrda başlayacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr