John Kerry Orta Şərqə səfər edəcək

İsrail-Fələstin gərginliyi davam etdiyi bir vəziyyətdə ABŞ Dövlət Katibi John Kerry Orta Şərqdə görüşlər keçirəcək.

420431
John Kerry Orta Şərqə səfər edəcək

Kerry Birləşmiş Ərəb Əmrliklərinin paytaxtı Abu Dabi, Tel Aviv, Qüds və Ramallaha səfərlər edəcək.

John Kerry keçirəcəyi görüşlərdə tərəflərlə İsrail-Fələstin gərginliyi, ikitərəfli əlaqələr, DEAŞ ilə mübarizə və Suriyadakı prosesləri müzakirə edəcək .

Kerry İsrailin Baş naziri Binyamin Netanyahu ilə keçən ay Berlində bir araya gəlmişdi.

Amerika rəhbərliyi Məscidül-Əqsa ilə əlaqədar olaraq İsrail və Fələstin tərəflərini provokatif açıqlamalar verməkdən çəkinməyə dəvət etmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr