Fransada 34 min təhlükəsizlik qüvvəsi cəlb olunub

Pier de Villiers: “Qısa müddətdə DEAŞ-a qarşı qələbə qazanmaq mümkün deyil”

420767
Fransada 34 min təhlükəsizlik qüvvəsi cəlb olunub

Fransa Baş Qərargah rəisi general Pier de Villiers DEAŞ terror təşkilatına qarşı hərbi bir qələbə qazanılmayacağını bildirib və diplomatik həll yollarını vurğulayıb.
Qəzetlərdən birinə açıqlama verən Villiers, Parisdə törədilən terror hadisəsindən sonra xalqın qorunması üçün təhlükəsizlik tədbirləri çərçivəsində 34 min əsgərin cəlb olunduğunu bildirib.
Pier de Villiers “Qısa müddətdə DEAŞ-a qarşı qələbə qazanmaq mümkün deyil. Hər kəs başa düşür ki, bu qarşıdurmalar sonda siyasi və diplomatik yollarla həll olunmalıdır” deyə vurğulayıb.
Villiers, Rusiya ilə DEAŞ-a qarşı əməkdaşlıq edəcəyi ilə bağlı suala isə, “DEAŞ hamımızın düşmənidir. Hələki DEAŞ mövqelərinin tapılması və vurulması ilə bağlı Rusia ilə əməkdaşlıq etməmişik” deyə cavab verib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr