ABŞ-da qəfil yağan qar həyatı iflic edib

Ölkədə 514 təyyarə reysi təxirə salınıb.

420648
ABŞ-da qəfil yağan qar həyatı iflic edib

ABŞ-da qəfil başlayan qar və soyuq hava ölkənin orta qərb bölgəsini təsiri altına alıb.
Soyuq hava kütləsi hava yollarının işini dayandırıb, bir çox reyslər təxirə salınıb.
İllinois ştatında qəfil yağmağa başlayan qarın hündürlüyü 40 sm-ə çatıb.
Avtomobillərin hərəkəti məhdudlaşıb.
Ölkədə 514 təyyarə reysi təxirə salınıb.
Qar fırtınası digər ştatlara doğru irəliləyib.
Amerika Beynəlxalq Hava Servizi 1951-ci ildən indiyədək bu qədər tez qar yağmadığnı bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr