Suriya-Türkiyə sərhədində təhlükəsiz zona üçün ilk addım atıldı

Suriyalı müxaliflər Hələbin şimalında, Suriya-Türkiyə sərhədinə sıfır nöqtəsində yerləşən DEAŞ-ın nəzarətindəki iki kəndi ələ keçirdi.

419985
Suriya-Türkiyə sərhədində təhlükəsiz zona üçün ilk addım atıldı

Müxalif qruplardan Türkmənlərə aid Sultan Murad Diviziyası və birgə hərəkət etdiyi Dəməşq Cəbhəsi Türk və Amerikan hava vasitələrinin dəstəyi ilə DEAŞ-ınnəzarətindəki Harcele və Delhaya girdi.

Türkiyəyə məxsus altı F-16 və ABŞ-a məxsus dörd F-15, bir AC-130 və 3 pilotsuz təyyarənin havadan dəstək verdiyi əməliyyatda müxalif qruplar terror təşkilatını iki Türkmən kəndindən çıxarmağı bacardı.

Gecə boyu davam edən münaqişələrdə 70-dən çox DEAŞ terrorçusu  öldürüldü.

Təhlükəsizlik mənbələri taktik səviyyədə əldə olunan uğurun DEAŞ-ın bundan sonrakı müdafiəsini qırılması, müxaliflərin döyüş həvəsini və qabiliyyətini artırması, DEAŞ-ınsəhraya sıxışdırılaraq sərhəd təhlükəsizliyinin təmin olunmasına yardımçı olacağına diqqəti çəkdi.

Bu arada, əhalinin DEAŞ-danazad edilən Sincara da dönüşləri başladı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr