Müharibə bölgələrində 250 milyon uşaq yaşayır

Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu - UNİCEF dünya üzrə kasıb əhalinin təxminən yarısının uşaqlardan ibarət olduğu və təxminən 250 milyon uşağın döyüş bölgələrində yaşadığı barədə məlumat verdi.

367657
Müharibə bölgələrində 250 milyon uşaq yaşayır

UNİCEF sözçüsü Sarah Crowe BMT-nin Cenevrə Ofisində keçirilən mətbuat konfransında  noyabrın 20-sinin Ümumdünya Uşaqlar Günü kimi qeyd etdiyinə, ancaq dünyanın hələ də milyonlarla uşağa qarşı heç də ədalətli olmadığına diqqət çəkdi.

Bu ilin əvvəlindən etibarən Avropaya üz tutan qaçqın uşaqların sayının 214 minə çatdığını bildirən Crowe:"Müharibə və zorakılıq yalnız İraq, Suriya və Əfqanıstanda təxminən 14 milyon uşağa təsir edir. Dünyadakı kasıb əhalinin təxminən yarısını uşaqlar təşkil edir və təxminən 250 milyon uşaq münaqişə bölgələrində yaşayır" açıqlamasını verdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr