ABŞ İraqda mülki vətəndaşları vurdu

Amerika Birləşmiş Ştatları Mərkəz Komandanlığı İraqın Hatra qəsəbəsində DEAŞ-a qarşı təşkil olunan hava hücumunda 1-i uşaq olmaqla, 4 mülki vətəndaşın öldüyünü açıqladı.

367586
ABŞ İraqda mülki vətəndaşları vurdu

ABŞ Mərkəz Komandanlığından verilən məlumatda  martın 13-də Hatra qəsəbəsi yaxınlığında təşkilata aid nəzarət məntəqəsinə hava hücumu təşkil olunduğu, bundan sonra aparılan istintaq zamanı hadisə yerində olan iki maşındakı biri uşaq olmaqla dörd mülki vətəndaşın həyatını itirə biləcəyi nəticəsinə gəlindiyi bildirildi.
Hadisədə həyatını itirənlərin yaşı və ya cinsiyyətləri barədə dəqiq bir məlumat verilməyib.
DEAŞ nəzarət məntəqəsinin A-10 tipli döyüş təyyarəsinin hücumundan əvvəl qanuni bir hədəf olaraq təsdiq olunduğu bildirilən açıqlamada, beynəlxalq hüququn pozulmadığı qeyd edilib.
Ancaq ABŞ Mərkəzi Komandanlığı mülki vətəndaşların həlak olmasının "məqsədli olmadığını" bildirərək hadisəyə görə kədərləndiyini bildirdi.
ABŞ ordusunun İraq və Suriyadakı əməliyyatlarında vətəndaşların həyatını itirdiyinə dair iddialar çərçivəsində başqa isrintaq tədqiqatları hələ də davam edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr