Rusiya qərar layihəsini yenidən təqdim edib

Rusiya DEAŞ-la mübarizə ilə bağlı qərar layihəsini BMT-yə yenidən təqdim edib.

418904
Rusiya qərar layihəsini yenidən təqdim edib

Ruisya DEAŞ terror təşkilatı ilə mübarizə mövzusunda sentyabr ayında hazırladığı BMT Təhlükəsizlik Şurası qərar layihəsini bəzi dəyişikliklərdən sonra yenidən Şura üzvlərinə təqdim edib.
Rusiyanın BMT yanında daimi təmsilçisi Vitaliy Çurkin layihənin gündəmdə olduğunu bildirib.
Parisdə baş verən terror hadisələrindən sonra Fransa da eyni mövzuda qərar layihəsi hazırlayacağını bildirmişdi. İki ölkənin layihələrinin birləşdirilməsi ilə bağlı məlumat verilmir.
Fransanın BMT yanında daimi təmsilçisi François Delattre mətbuata verdiyi açıqlamada, Fransanın hazırladığı layihənin “qısa, güclü və düşmənə qarşı birgə mübarizəyə yönəldiyini” söyləyib.
Rus təyyarəsinin Misirdə qəzaya uğraması və Parisdə baş verən terror hadisəsindən sonra hər iki ölkə Suriyada əməliyyatları genişləndirib.
Rusiyanın sentyabr ayında hazırladığı qərar layihəsində DEAŞ-la mübarizə aparan ölkələrdəki hərakatların bir yerdən koordinasiya olunması tələb edilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr