Obama Suriya ilə bağlı açıqlama verib

“Bəşər Əsəd hakimiyyətdən getməyincə, DEAŞ-ı tam məhv etmək mümkün olmayacaq”.

Obama Suriya ilə bağlı açıqlama verib


ABŞ dövlət başçısı Barak Obama Rusiya və İranın, Bəşər Əsədi dəstəkləmək istəyib-istəmədiklərinə qərar verməyə məcbur olduqlarını söyləyib.
OPEC zirvə toplantısında Kanada baş naziri Justin Trudeau ilə görüşündən sonra keçirilən mətbuat konfransında, Bəşər Əsədin yenidən hakimiyyəti qazanmayacağını vurğulayan Obama, “Suriyada vətəndaş müharibəsi Əsəd hakimiyyətdən getməyincə başa çatmayacaq” deyib.
Suriyada siyasi nizamlanma olmayınca, terrora qalib gəlmək mümkün olmayacaq. Əsəd hakimiyyətdə olduğu müddətdə isə siyasi nizamlanma mümkün deyil”, - deyə o vurğulayıb.
Kanada baş naziri Justin Trudeau Suriya və İraqda DEAŞ-a qarşı aparılan əməliyyatlarda digər ölkələrin yanında olacaqlarını söyləyib.
Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsəd İtaliya mətbuatına müsahibəsində terrorçulara qalib gəldikdən iki il sonra istefaya gedə biləcəyini bildirib. “Terrorçuların əksər rayonlara nəzarət etdiyi müddətdə siyasi nöqteyi-nəzərdən nəticələr əldə etmək mümkün deyil”, - deyə o vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr