ABŞ İranın neft satışlarına mane olmayacaq

Ağ Evin məlumatına görə, ABŞ prezidenti Barak Obama İrandan neft alınması ilə bağlı qərar verib.

419005
ABŞ İranın neft satışlarına mane olmayacaq

ABŞ İran ilə “altılıq” ölkələr arasında 2013-cü ildə təsdiq olunan müqavilə dövründəki qədər neft alışına icazə verəcəklərini açıqlayıb.
Ağ Evin məlumatına görə, ABŞ prezidenti Barak Obama İrandan neft alınması ilə bağlı qərar verib.
Açıqlamada bildirilir ki, buna bağlı olan qurumlar tərəfindən konqresə təqdim olunan sənədləri araşdıran Obama, qlobal iqtisadi vəziyyət bəlli olan ölkələrin artırdığı neft istehsalı, tutum səviyyəsi və strateji ehtiyatlarını göz önünə gətirərək bu qərarı verib.
Bununla İranın neft satışlarının səviyyəsi eyni qalacaq.
Qeyd edək ki, İran 2011-ci ilin noyabrında 3,7 milyon barel neft istehsal edirdi.
Lakin qərb ölkələrinin İranın nüvə proqramı ilə bağlı tətbiq etdiyi sanksiyalara görə, istehsal 2013-cü ilin noyabrında 2,8 milyon barelə düşmüşdü.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr