Parisdə canlı bomba hücumu törədənlərin sayı 9 oldu

Fransanın paytaxtı Parisi qana bulayan canlı bomba hücumlarını təşkil edən terrorçuların sayı 9-a çıxdı.

418381
Parisdə canlı bomba hücumu törədənlərin sayı 9 oldu

Fransa polisi 10-cu bölgədəki kafelərdə törədilən hücumun təhlükəsizlik görüntülərinə əsaslanaraq özünü partladan İbrahim Abdeslam və qaçdığı bilinən qardaşı Salah Abdeslamdan başqa üçüncü terrorçunu müəyyən etdi.

Digər tərəfdən, ədliyyə polisi State de Francedaki canlı bomba hücumunu həyata keçirən və üstündə Suriya pasportu olan insanın həqiqi şəxsiyyətini müəyyən etmək üçün ictimaiyyətə müraciət etdi. Müraciətdə fotoşəkldə göstərilən adam haqqında məlumatı olanların dərhal polisə xəbər vermələri tələb olunur.

Tapılan Suriya pasportunun üzərindəki məlumatların Əsədin ordusunda döyüşən və bir neçə ay əvvəl ölən əsgərə aid olduğu güman edilir.

Bu arada, Le Point və L'Express jurnallarında çıxan xəbərlərdə polisin terrorçuların hücum ərəfəsində narkotik qəbul etmə ehtimalını ciddi şəkildə dəyərləndirdiyi bildirilir.

Hücumlarla bağlı axtarışda olan Salah Abdeslamın Paris yaxınlığında qaldığı iki otel otağına edilən basqında da şprislər tapıldığı bildirilən xəbərlərdə bu şprislərin ya partlayıcıların hazırlanmasında, ya da narkotik qəbulu üçün istifadə edilmə  ehtimalı üzərində dayandığı bildirilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr