İsrail Qəzzaya hava hücumları etdi

İsrail ordusu Qəzzada Həmasa aid iki hərbi təlim mərkəzini vurdu.

418398
İsrail Qəzzaya hava hücumları etdi

Şahidlərin sözlərinə görə, İsrailə məxsus helikopterlər Həmasın silahlı qanadı İzzəddin Əl-Kassam Briqadalarının Ebrac Əl-Mukavsi bölgəsindəki hərbi təlim mərkəzinə hücum edib.

İkinci hücum da mərkəzdəki bir təlim düşərgəsinə olub.

İsrail ordusundan verilən məlumatda: "Qəzza tərəfdən atılan və təhlükəsizlik divarının yaxınlığına düşən raketin məsuliyyəti tamamilə Həmasa aiddir. Hava qüvvələrimiz gecə yarısı Həmasa məxsus iki hərbi bölgəni hədəf aldı" deyilir.

Dünən İsrail ordusu Qəzza Zolağından İsrailin cənubuna raket atıldığını və bölgədə axtarış əməliyyatlarına başlanıldığını bildirmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr