Alman Səfirliyinin dəvəti diplomatik böhran yaratdı

Almaniya Xarici İşlər Naziri Walter Steinmeierin Kipr səfəri diplomatik qalmaqalla nəticələndi.

418395
Alman Səfirliyinin dəvəti diplomatik böhran yaratdı

Walter Steinmeier Adanın hər iki hissəsində danışıqlar apardı.

Danışıqlardan sonra Almaniya Səfirliyi, nazirin şərəfinə ziyafət verdi.

Səfirliyin Kuzey Kıbrıs Türk Cümhuriyyəti (Şimali Kipr Türk Respublikası) Prezidentinə göndərdiyi dəvət isə diplomatik böhrana səbəb oldu.

Alman Səfirliyi Nikos Anastasiadisi Prezident kimi dəvət etdi. Prezident Mustafa Akıncı isə "İctimai Lider" adı ilə dəvət edildi.

Bu səbəbdən Mustafa Akıncı dəvəti rədd etdi. Prezident Sözçüsü Barış Burcu yazılı bir açıqlama ilə Alman Səfirliyinin mövqeyini tənqid etdi.

Alman Xarici İşlər Nazirinin Prezident sifəti ilə Prezident İqamətgahında görüşdüyü bir lideri Almaniya Səfirliyinin  israrla "ictimai lider" adlandırması təəccüblə qarşılandı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr