Ruhani və Hollande telefonla danışdılar

İran prezidenti Həsən Ruhani Fransa Prezidenti Fransua Hollande ilə telefonla danışdı.

366872
Ruhani və Hollande telefonla danışdılar

 Ruhani İraq və Suriyada DAİŞ-ə qarşı mübarizənin davam etdirilməsinin vacibliyni vurğulayaraq: "Sülh dini olan İslam hər hansı bir terror aktına qarşıdır. Terrorçuların də İslamı mənimsəmələri yalandır" dedi.

Həsən Ruhan Parisdə 129 nəfərin ölümü ilə nəticələnən fransız həmkarına: "Suriya və İraqdakı terror təşkilatlarını məğlub etməyi ön plana almaq lazımdır. Bu məsələdə bir-birimizlə əməkdaşlıq etməliyik" dedi.

Terrorçuların zorakılıq yolu ilə dövlətləri və millətləri diz çöktürə bilməyəcəyini ifadə edən Ruhani terrorizmlə beynəlxalq mübarizə üçün ortaq bir cəbhə yaradılmasını təklif etdi.

Ruhani İran və Fransanın dostluq əlaqələrinə də toxunaraq: "bu iki böyük millət" arasındakı münasibətlərin qədim kökləri olduğunu  bildirdi.

 İki lider Ruhaninin Paris hücumu ilə əlaqədar ləğv edilən səfərinin ən qısa müddət ərzində baş tutması mövzusunda da razılıq əldə etdilər. 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr