ABŞ Səudiyyə Ərəbistanına silah satışını təsdiqlədi

Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Katibliyi Səudiyyə Ərəbistanına 1,29 milyard dəyərində silah satışını təsdiqləyib.

366811
ABŞ Səudiyyə Ərəbistanına silah satışını təsdiqlədi

  Vaşinqtonun xaricə silah satışını təşkil edən Müdafiə Nazirliyinə bağlı Müdafiə Təhlükəsizlik Əməkdaşlıq Agentliyi Konqresə məlumat göndərib. Konqresin satışı 30 gün içində dayandırma səlahiyyəti var.

  Satışda "ağıllı bomba" adlanan 5200 ədəd GBU-10 və GBU-12 ilə yanaşı 1100 ədəd Paveway III GBU-24 modeli də yer alır. Eyni zamanda, 1500 ədəd 900 kiloqramlıq divar deşən 19 min bomba da satış siyahısına qeyd edilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr