ABŞ-da suriyalı qaçqınların gəlişinə narazılıq

ABŞ-ın 16 ştatının valisi Parisdə baş verənlərdən sonra suriyalı qaçqınların əyalətlərinə girişinə icazə verməyəcəklərini açıqlayıb.

418169
ABŞ-da suriyalı qaçqınların gəlişinə narazılıq

ABŞ-ın 16 ştatının valisi Parisdə baş verənlərdən sonra suriyalı qaçqınların ştatlarına girişinə icazə verməyəcəklərini açıqlayıb.
Açıqlamadan sonra valilərin belə bir səlahiyyətinin olub-olmaması müzakirə olunur.
Dövlǝt Departamenti isə gələn il ölkənin 10 min suriyalı qaçqını qəbul etmək planlarında heç bir dəyişiklik olmadığnı bildirib.
Cümhuriyyətçi partiyadan namizəd Ben Karson qaçqınları qəbul etmədən əvvəl testdən keçmələrini istəyib.
Partiyanın digər namizədi Donald Trump isə həddindən artıq qaçqın qəbul etməyi “ağılsızlıq”adlandırıb.
Lakin insan haqqları təşkilatları bu məsələdə daha anlayışlı olmağın vacibliyini bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr