Ukraynada DEAŞ həyəcanı

Daha bir terror Ukraynada baş verə bilər.

417881
Ukraynada DEAŞ həyəcanı

Daha bir terror Ukraynada baş verə bilər.
Ukrayna dövlət başçısı Pyotr Poroşenko, Parisdə baş verən terror hücumlarından sonra DEAŞ-ın Ukraynaya da terror təşkil edə biləcəyi ilə bağlı məlumat aldıqlarını söyləyib.
Poroşenko terroristlər ilə əlaqəsi olan şəxslərin ölkəsi üçün “yeni təhdid”lər yarada biləcəyini bildirib.
Pyotr Poroşenko “Parisdə baş verən hücumlardan sonra islamçı terroristlər ilə Ukraynada olanlar arasında əlaqə ola biləcəyi haqqında məlumat almışıq. Mən bundan sonra da təhdidlərin yenidən araşdırılması istiqamətində açıq əmrlər vermişəm” deyib.
Poroşenko terror hücumlarının qarşısının alınması üçün təhlükəsizlik qüvvələrinin iki həftə “həyəcan siqnalı” vəziyyətində olacağını bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr