Manuel Valls: ‘‘Fransa Suriyada DEAŞ-ı vurmağa davam edəcək"

Fransa Baş naziri Manuel Valls, ölkəsinin terrorla mübarizədə qərarlı olduğunu və terror təşkilatı DEAŞ ilə mübarizəyə davam edəcəyini bildirib.

366072
Manuel Valls: ‘‘Fransa  Suriyada  DEAŞ-ı  vurmağa davam edəcək"

Fransanın TF1 telekanalındakı bir proqrama qatılan Fransa Baş naziri terrora qarşı əsla geri addım atmayacaqlarını bildirib.
Fransanın Suriyadakı mövqeyinin dəyişmədiyini vurğulayan Valls; ‘‘Fransa Suriyada DEAŞ-ı vurmağa davam edəcək" deyə bildirib.
Birlik və bərabərlik mesajı verən Valls; ‘‘Fransız xalqı, hökuməti və parlamenti güclü olmaq məcburiyyətindədir’’ deyib.
Valls, ölkəsini təhdid edən hər kəslə müharibəyə hazır olduqlarının qeyd edərək, "Bu çərçivədə bəzi şəxslərin deportasiya edilməsi də gündəmə gələbilər " deyib.
Qeyd edək ki, Baş nazir Parisdə keçiriləcək İqlim Konfransı proqramında dəyişiklik olmadığını söyləyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr