Fransanın qəmini dünya bu cür paylaşır

Fransanın paytaxtı Parisdə yaşanan terror hücumlarından sonra dünyanın bir çox ölkəsi Fransanın səsinə səs verib.

366165
Fransanın qəmini dünya bu cür paylaşır

  Parisi qana bulayan terror hadisələrinə Yunanıstanda etiraz bildirmək üçün paytaxt Afinada insanlar Fransa səfirliyi qarşısına gəlib, çələng dəstələri qoyub, şam yandırıb və hücumda həyatını itirənlərin xatirəsini yad ediblər. Afina Bələdiyyəsi və Selanikdəki Ağ Qüllə Fransa bayrağı rənglərində işıqlandırılıb.

  İngiltərənin paytaxtı Londonda ölənlər üçün anma mərasimi təşkil edilib. Trafalqar meydanında toplanan minlərlə adam Fransaya həmrəylik mesajı göndərib. Trafalqar meydanına baxan Milli Portret Qaleriyasının divarlarında Fransa bayrağının mavi, qırmızı və ağ rəngləri əks etdirilib.

  Braziliyadakı “Xilaskar İsa” heykəli Fransa bayrağı rənglərinə bürüdülüb.

  Meksikanın paytaxtı Mexikonun mərkəzində ölənlər üçün çiçəklər qoyulub.

  Vaşinqtonda Ağ Evin önündəki Lafayette parkında toplanan yüzlərlə adam həyatını itirənlərin xatirəsinə şam yandırıb.

  Fələstində yüzlərlə adam terror qurbanlarını anmaq üzrə Qərbi Şəriyədə bir araya gəlib.

  İsrailin Teləviv şəhərində anma mərasimi təşkil edilib.

  Hindistanın Bubaneşvar (Bhubaneswar) şəhərində ölkənin məşhur qum sənətçisi Sudarsan Pattnaik həyatını itirənlərin xatirəsinə qumdan heykəl düzəldib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr