Fransa terrorçuların izini buraxmayacaq

Fransanın paytaxtı Parisdə 129 adamın öldüyü, 352 adamın yaralandığı terror hücumlarında təcavüzkarlardan birinin şəxsiyyəti təsbit edilib.

417345
Fransa terrorçuların izini buraxmayacaq

  Bataklan Konsert Salonuna basqın edən və 90 adamın ölümünə səbəb olan 3 nəfərdən birinin Əlcəzair əslli Fransa vətəndaşı Ömər İsmayıl Mostefai adlı 29 yaşlı bir gənc olduğu barmaq izinə görə müəyyənləşib.

  Polis Mostefainin yaşadığı evə dünən gecə basqın edərək onun həyat yoldaşı, atası və qardaşının da daxil olduğu 6 ailə üzvünü nəzarətə götürüb.

  Paris prokuroru Fransua Molins 7 terrorçunun üç qrup halında əlaqəli şəkildə hərəkət etdiyini açıqlayıb: 6 terrorçu üstlərindəki bombaları partlatmaqla, bir terrorçu isə polisin açdığı atəş nəticəsində ölüblər.

  Digər tərəfdən, restoran və bara təşkil edilən hücumlarda istifadə edildiyi təsbit olunan qara bir avtomobil Parisin şərqindəki Montreuil səmtində müəyyən edilib. Avtomobilin içindən çox sayda ağır silahlar ələ keçirilib.

  Bataklan konsert salonundakı hücumda istifadə edilən maşının Belçika nömrəli boz bir avtomobil olduğu təyin edilib. Maşının Brüsseldə yaşayan bir Fransa vətəndaşı tərəfindən kirayələndiyi ortaya çıxıb.

  Belçikada Prokurorluğu da istintaqa başlayıb.

  Konsert salonundakı hücumda təcavüzkarların yaxınlığında Suriya pasportunun tapılması diqqəti ölkəyə Yunanıstan üzərindən girən immiqrantlara yönəldib. Yunanıstan orqanları pasportun İleryoz adasındakı immiqrant mərkəzində qeydə alındığını təsdiqləyib. Fransa səlahiyyətliləri şübhəliyə aid şəxsiyyət və rəqəmsal barmaq izləri araşdırmasına başlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr