İraqda DEAŞ-a qarşı başladılan əməliyyatlar davam edir

İraqın Enbar bölgəsinə bağlı Ramadi rayonunda koalisiya qüvvələrinin həyata keçirdiyi hava əməliyyatlarında 25 DEAŞ terrorçusu öldürülüb.

365480
İraqda DEAŞ-a qarşı başladılan əməliyyatlar davam edir

Mosula bağlı Sincar bölgəsində həyata keçirilən hava əməliyyatlarında isə terror təşkilatı DEAŞ-a məxsus 13 silah-sursat anbarı məhv edilib. 2014-cü ilin iyun ayında terror təşkilatı DEAŞ-ın Mosulu nəzarətinə keçirməsi ilə başlayan toqquşmalar ölkənin müxtəlif şəhərlərində davam edir. Şiyələr və Peşmərgə qüvvələri tərəfindən dəstəklənən İraq ordusu terror qruplaşmasının nəzarətinə keçirdiyi ərazilərin nəzarətini təmin etmək üçün əməliyyatlar həyata keçirir. ABŞ rəhbərliyindəki koalisiya qüvvələri isə əməliyyatları havadan dəstəkləyir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr