Fransa və İran bir sıra sahələrdə əməkdaşlıq edəcəklər

İran Prezidenti Həsən Ruhani Fransa ilə bir sıra ticari müqavilə imzalayacaqlarını açıqladı.

415925
Fransa və İran bir sıra sahələrdə əməkdaşlıq edəcəklər

Fransız televiziya kanalı "France Television"a müsahibə verən Ruhani 1 milyard dollar məbləğindəki ticarət həcmi ilə Fransanın 11-inci ticari tərəfdaşları olduğunu qeyd etdi.

Bu ölkə ilə iqtisadi əlaqələrini inkişaf etdirməyə hazırlaşan Fransa isə Tehran rəhbərliyinə ilk mərhələdə Airbus sərnişin təyyarəsi satmağı planlaşdırır.

Avtomobil və kənd təsərrüfatı sahələrində əməkdaşlıq da iki ölkənin gündəmində olan məsələlərdəndir.

İran lideri bu ayın sonunda Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişikliyi üzrə Sammitində iştirak etmək üçün Parisə səfər edəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr