Ukraynada "Su-25" tipli hərbi təyyarə qəzaya uğrayıb

Ukraynada Hərbi Hava Qüvvələrinə məxsus "Su-25" tipli hərbi təyyarə qəzaya uğrayıb.

365415
Ukraynada "Su-25"  tipli hərbi  təyyarə  qəzaya uğrayıb

Hadisə zamanı pilot həyatını itirib.
Ukrayna Baş Qərargah Rəisliyi təyyarənin təlim uçuşu zamanı qəzaya uğradığını bildirib.
Ölkənin şərqingəki Zaparojye vilayətinə 40 kilometr məsafədə yerləşən Mixaylovka kəndi yaxınlarında baş verən qəzanın səbəbləri araşdırılır.
‘‘Su-25’’ tipli hərbi təyyarələrin uçuşları isə təxirə salınıb.
Qeyd edək ki, ‘‘Su-25’’ tipli hərbi təyyarə iki mühərrikli hücum və hava dəstək təyyarəsidir.
Ağır zirehli ‘‘Su-25’’ tipli təyyarələr isə xüsusilə tanklara qarşı hücumlarda istifadə olunur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr