Rusiyanın tǝklif planında nǝlǝr var?

Rusiya Suriya ilǝ bağlı 8 maddǝdən ibarət tǝklif planı hazırlayıb.

414901
Rusiyanın tǝklif planında nǝlǝr var?

Rusiya Suriya ilǝ bağlı 8 maddǝdən ibarət tǝklif planı hazırlayıb.
Tǝklifdǝ ölkǝdǝ keçirilǝcǝk prezident seçkilərinə Bǝşǝr Әsǝdin yenidǝn qatılması da nǝzǝrǝ alınıb.
Lakin ölkǝdǝ islahat prosesinǝ Әsǝd deyil, yekdilliklǝ qǝbul edilǝn şǝxs nǝzarǝt edǝcǝk.
Rusiya Suriyadakı terror qruplaşmalarının da tǝkbǝtǝk tǝsvir edilmǝsini istǝyir.
Qǝrbli mütǝxǝssislǝr vǝ müxalifǝt rəsmi Moskvanın tǝkliflǝrindǝ qǝbul edilmǝsi qeyri-mümkün olan faktlar olduğunu bildiriblər.
Rusiya Xarici İşlǝr Nazirliyi dǝ hazırladıqları tǝklif planının rǝsmi olmadığını, sadǝcǝ fikir irǝli sürdüklǝrini vurğulayıb. Nazirlik suriyalı müxalifǝtin Moskvada görüşlǝr keçirǝcǝyini dǝ bǝyan edib.
Qeyd edǝk ki, Suriya mǝsǝlǝsindǝ bu hǝftǝ içǝrisindǝ Vyanada üçüncü dəfə müzakirǝlǝr keçirilǝcǝk.
ABŞ-ın dövlǝt katibi Con Kerri isǝ cümǝ axşamı gecǝ Suriya mǝsǝlǝsilǝ bağlı Amerika Sülh İnstitutunda çıxış edǝcǝk.
Suriyada isǝ ordu Hǝlǝbin şimalında DEAŞ-ın hərbi baza ǝtrafında 2 ildir davam edǝn mühasirǝsinǝ son qoyduğunu açıqlayıb.
Suriyalı ǝsgǝrlǝr yüzlǝrlǝ DEAŞ üzvlərini öldürdüklǝrini ilǝri sürüblǝr.
Lazkiyǝdǝ isǝ Әl Nusra cǝbhǝsi ilǝ Ahrar Әl Şam tǝşkilatlarının hǝyata keçirdiyi hücumlarda ölǝnlǝrin sayı 23-ǝ çatıb.
Digǝr tǝrǝfdǝn rusiyalı rǝsmilǝr hava bombardmanını nǝ qǝdǝr davam etdirǝcǝklǝrinin Suriya ordusunun cǝbhǝdǝ manevrlər həyata keçirǝcǝklǝrindǝn asılı olduğunu bildiriblǝr.
Rusiyanın hǝrbi rəsmiləri bombardman vǝ hücumlara görǝ DEAŞ-ın artıq müdafiǝ strategiyası tǝtbiq etmǝyǝ başladığını, gücünün azaldığını, nǝqliyyat yollarını davamlı dǝyişdirdiyini açıqlayıblar.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr