Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

1 əsrlik Rus əsarətinə 1991-ci ildə son qoyan Azərbaycan dövləti həmin ilin 9 noyabr tarixində 3 rəngli Azərbaycan Bayrağını rəsmi bayraq kimi qəbul etdi.

413906
 Bu  gün Azərbaycanda  Dövlət Bayrağı Günüdür

Azərbaycan bayrağındakı mavi rəng Türklüyü, qırmızı rəng müasirliyi, yaşıl rəng də İslamı, Ay və 8 guşəli ulduz da Türk tayfalarını təmsil edir.
Azərbaycan Prezident İlham Əliyevin 2009-ci ildə imzaladığı sərəncama əsasən 9 noyabr Azərbaycanda "Dövlət Bayrağı günü’’ kimi qeyd olunur.
2010-cu ilin 1 sentyabr tərixində isə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə paytaxt Bakıda Azərbaycan Dövlət Bayraq Meydanı açıldı.
Qeyd edək ki, Dövlət Bayraq Meydanında 35 metr enində, 70 metr uzunluğunda dünyanın ən böyük bayraqlarından biri olan Azərbaycan Bayrağı dalğalanır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr