Alman ordusunun müsəlman əsgərləri üçün molla ştatı açıla bilər

Almaniya Müdafiə naziri Ursula Von Der Leyen orduda müsəlman əsgərləri üçün molla ştatının açılmasına müsbət yanaşdıqlarını dedi.

413908
Alman ordusunun müsəlman əsgərləri üçün molla ştatı açıla bilər

Alman nazir orduda bu ştata nə qədər ehtiyac olduğunu və alternativləri araşdırdıqlarını söylədi.

Müdafiə naziri Leyen gənc alman əsgərlərinin mükəmməl tərcüməçilik edərək qaçqınlarla ünsiyyəti təmin etdikərini və  beləliklə, qaçqın böhranında əhəmiyyətli rol oynadıqlarını vurğuladı.

Almaniyada əskərlərin dini inanclarını yerinə yetirə bilmələri üçün katolik, evangelist yepiskoplar və keşişlər vardır.

Ordudakı müsəlman əskərlərin sayı dini inamın bəyan olunması məcburi olmadığı üçün dəqiq bilinmir. Təxminən 177 min əsgəri olan Alman ordusunda 1600 müsəlman əgərin xidmət etdiyi təxmin edilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr