ABŞ Rusiyanın bölgǝ siyasǝtindǝn kǝskin tǝnqid edib

Amerika Birləşmiş Ştatları, Rusiyanın Avropa və Yaxın Şərqdəki təhrikamiz hǝrǝkǝtinǝ qarşı izlǝdiyi siyasǝti yenidən gözdən keçirir.

413223
ABŞ Rusiyanın bölgǝ siyasǝtindǝn kǝskin tǝnqid edib

ABŞ müdafiǝ naziri Ashton Carter, Kaliforniyada təşkil edilən müdafiə forumunda, Rusiyanın mənimsədiyi təhrikedici rǝftarından tənqid edib.
“ABŞ Rusiya ilə müharibə istəmir, nə “soyuq”, nə də “isti”. Lakin biz özümüz və müttəfiqlərimizin maraqlarını müdafiə etməkdə davam edəcəyik”. Bunu Pentaqonun rəhbəri Eşton Karter deyib.
Onun sözlərinə görə, rəsmi Moskva Avropada münaqişələrə rəvac verir: “Ukrayna və Gürcüstanın suverenliyi pozulub, Baltikyanı ölkələr hədələnir. Suriyada isə Rusiya vətəndaş müharibəsinin oduna yağ tökür”. Bununla belə E.Karter Rusiyanın Suriya münaqişəsində konstruktiv rol oynayacağını da istisna etməyib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr