20 min turist Şarm Əl Şeyx şǝhǝrindǝ qapalı qalıb

Misirin Şarm Əl Şeyx şǝhǝrindǝ qapalı qalan turistlǝrin vǝtǝnlǝrinǝ qayıtmalarının tǝmini ilǝ bağlıdanışıqlar davam edir.

364455
20 min turist Şarm Əl Şeyx şǝhǝrindǝ qapalı qalıb

İngiltərə Xarici İşlər Nazirliyinin, Misirin Şarm Əl Şeyx şəhəri ilə qarşılıqlı olaraq tǝyyarǝ reyslǝrinin tǝxirǝ salınmasına dair qərarından sonra, ölkǝdǝki İngilislǝrin vǝtǝnlǝrinǝ qayıdmalarının tǝmini ilǝ bağlı lazımlı işlǝr davam edir.
Nazirlikdən verilǝn açıqlamada bildirilib ki, bölgədəki İngilis vətəndaşlarının qarşıdakı günlərdə ölkələrinə qayıtmalarının tǝmini üçün rǝsmilǝr lazımlı addımları atırlar. Onların, təyyarələrdə yer təmin edilərək ən sürətli şəkildə vǝtǝnlǝrinǝ qayıdmaları üçün Misirli səlahiyyətlilərlə, İngilis hava yolu və tur operatorlar ilǝ danışıqlar davam edir.
Şarm Əl Şeyx şǝhǝrindǝ hər gün məhdud sayda təyyarələrin uçuşuna icazə verildiyini xatırladan nazirlik, İngiltərəyə qayıdmağı gözləyən turistlǝrǝ öz hava yolu və ya tur operatorları tǝrǝfindǝn tǝsdiq etmǝdiyi müddǝtdcǝ hava limanına gǝlmǝmǝlǝri və olduqları yerlǝrdǝ qalmaqda davam etmǝlǝri haqda çağırış edib.
Şarm El Şeyx ilə qarşılıqlı uçuşların ötǝn hǝftǝ təxirə salınmasından sonra İngiltərə, bölgədə qapalı qalan İngilis turistlərin azad edilmǝsinǝ cümə günü başlayaraq 3 min 300 İngilis vǝtǝndaşı bölgədən evakuasiya edib.
Qeyd edǝk ki, Şarm Əl Şeyxdǝ təxminən 20 min İngilis turist var.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr