Çilidə zəlzələ oldu

Latın Amerikası ölkəsi olan Çilidə 6,8 bal gücündə zəlzələ oldu.

364257
Çilidə zəlzələ oldu

ABŞ Geoloji Araşdırmalar Mərkəzi 36 kilometr dərinlikdə qeydə alınan zəlzələnin mərkəzinin paytaxt Santiagonun 295 kilometr şimalında olduğunu açıqlayıb.

İtki yoxdur.
Sakit okean Zəlzələ Qurşağında yerləşən Çilidə 2010-cu ildə  olan 8,8 bal gücündəki zəlzələdən sonra yaranan sunami nəticəsində 700-dən artıq insan ölmüş, 220 min ev istifadəyə yararsız hala gəlmişdi.
Ötən sentyabrda olan 8,3 bal gücündəki zəlzələdə 12 adam həyatını itirmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr